Xankəndidə antiterror əməliyyatı… - Millət vəkili
18-05-2023, 12:06
25

Xankəndidə antiterror əməliyyatı… - Millət vəkili




Köçəryan, Sərkisyan, Babayan, Araik və s. bu kimi müharibə canilərinin həbs edilərək, azad edilmiş Xankəndidə ədalət mühakiməsi qarşısına çıxarılması vaxtı çatıb.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibəsində deyib.

O, hazırda separatçılar daxilində “vəzifə tutmaq uğrunda” mübarizənin heç bir önəm daşımadığını qeyd edib:

“Qarabağda hansı quldurun hansı vəzifəni tutması, kimin dalında kimin dayanmasının heç bir fərqi yoxdur. Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etməlidir və edəcək. Regionda baş verən geosiyasi dəyişikliklər Xankəndidə antiterror əməliyyatlarını qaçılmaz edir. Yalnız belə tədbirlərdən sonra Ermənistanla ədalətli sülh sazişi imzalamaq olar. Qarabağın azadlığından sonra qonşular, o cümlədən ermənipərəst Qərb dairələri bizimlə daha səmimi, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər quracaqlar. Hazırda Ermənistan və bölgədə marağı olan vasitəçilər hərəsi öz marağından Qarabağdakı mövcud status-kvonu qoruyub saxlamaq və bizə ümidlər verməklə danışıqları özləri üçün əlverişli şərait yaranana qədər uzatmağa çalışırlar. Amma nəzərə almırlar ki, Azərbaycan keçmişdən nəticə çıxarıb. Ona görə Moskva görüşündən də (19 mayda XİN başçılarının Moskvada gözlənilən görüşü nəzərdə tutulur – red.) ciddi nəticələr gözləmirəm

Oxşar xəbərlər