
Ölkə / Siyasət
10-05-2023, 10:11
122
Heydər Əliyevin 100 illik yubileyində dövlət qurumlarının nümayəndələri Fəxri xiyabanı ziyarət edirlər

Ulu öndər Heydər Əliyev anadan olmasının 100-cü ildönümündə hörmətlə anılır.
Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Dövlət Gömrük Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin rəsmiləri, müdafiə naziri Zakir Həsənov və nazirlik işçiləri, səhiyyə naziri Teymur Musayev Fəxri xiyabanı ziyarət edib, ulu öndərin məzarı önünə gül dəstələri qoyublar.