Azərbaycanda zəlzələ oldu
22-02-2023, 10:38
38

Azərbaycanda zəlzələ oldu




Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 06:25-də Saatlı stansiyasından 20 kilometr şimal-qərbdə, İmişli rayonunda zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu24.com-a bildirilib ki, zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib. Maqnitudası 3,6-ya bərabər olan zəlzələ episentrdə hiss olunmayıb.

Oxşar xəbərlər