Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlama aparılır
25-01-2023, 09:21
60

Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlama aparılır



Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.
Yoxlamalar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparılır.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidməti APA-ya xəbəri təsdiqləyib.
Bildirilib ki, plana uyğun olaraq kompleks yoxlamalar aparılır və bu barədə mətbuata yaxın günlərdə geniş məlumat veriləcək.

Oxşar xəbərlər