Ər-arvad etibarnaməsiz maşın sürə bilər? RƏSMİ CAVAB
19-01-2023, 09:10
154

Ər-arvad etibarnaməsiz maşın sürə bilər? RƏSMİ CAVAB




Bir müddət öncə Azərbaycanda ər və ya arvaddan birinə məxsus avtomobilin digəri tərəfindən etibarnamə olmadan idarə edilməsi ilə bağlı fikir ayrılığı yaranmışdı.
Məsələ ilə bağlı ekspertlər bildirirdi ki, nikah şəhadətnaməsi ər-arvadın bir-birinin adına olan avtomobili idarə etməsi üçün kifayətdir və buna görə yol polisi cərimə yaza bilməz.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli isə bildirirdi ki, polis Ailə və ya Mülki Məcəlləsi ilə deyil, yol hərəkəti haqqında qanunauyğun şəkildə müvafiq durumda cərimə protokolu yazmaq hüququna malikdir.

Oxşar xəbərlər