DYP sürücülərə müraciət etdi
16-12-2022, 18:08
51

DYP sürücülərə müraciət etdi




Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi avtobus dayanacaqlarında qanunsuz park edən sürücülərə müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, qanuna əsasən, avtobus dayanacaqlarında qanunsuz park edən sürücülərə 40 manat məbləğində cərimə nəzərdə tutulur:
"Bakı şəhəri üzrə avtobus dayanacaqlarında 2022-ci il ərzində 25 000-dən çox qayda pozuntusu aşkar edilib. Hər bir hərəkət iştirakçısından yollarda digər sürücülərə qarşı münasibətdə, həmçinin avtobusdan istifadə edən şəxslərin hüquqlarına hörmətlə yanaşmağı, inzibati məsuliyyət yaradan hallardan çəkinməyi və nəticədə paytaxt yollarında nəqliyyat axınını düzgün formada idarə olunmasına, süni sıxlıqların olmaması üçün anlayışlı münasibət göstərməyi xahiş edirik", - A.Əsgərli vurğulayıb.

Oxşar xəbərlər