Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?
Bu gün, 17:12
516

Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək?

 

“Ermənistan tərəfi zəruri daxili prosedurları tamamladıqdan sonra “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi-red) işə salınması üçün əsas olacaq çərçivə sazişini imzalayıb”
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sosial mediada canlı yayım zamanı deyib.
Mirzoyan qeyd edib ki, çərçivə sazişini hər kəsin gözü önündə imzalayıb.
“Bu sənəd ABŞ dövlət katibi Marko Rubionun səfəri zamanı paraflanıb, sənəd artıq onun tərəfindən də imzalanıb. Buna görə saziş təsdiqlənməyə hazırdır”, - o bildirib.
Erməni nazir sənədin nə vaxt ratifikasiya olunacağı və qüvvəyə mindən sonra layihənin həyata keçirilməsinin konkret mərhələləri barədə məlumat verməyib.








Oxşar xəbərlər