Bu məşhur Elgizi evinə görə pərt elədi
24-04-2023, 19:55
40

Bu məşhur Elgizi evinə görə pərt elədi




Aparıcı Elgiz Əkbər növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 
Elgiz aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində illər öncə məclislərin birində bir məşhur tərəfindən pərt olunmasından danışıb. 
Bir məşhur, lazım olsa adını da çəkərəm. Deyir ki, Elgiz sən ulduz həyatı yaşamırsan. Ulduz sözünə isə mən nifrət edirəm. Soruşdum ki, "Niyə mən özümə ulduz deyə bilmərəm ki?" Cavab verdi ki, "Sən "novostrayka"da (yeni tikili bina - red.) yaşamırsan. And olsun Allaha, onun bu sözlərində heyrətləndim. Dedi ki, filan aparıcı ulduzdur, çünki onun şəhərin dörd yerində "novostroyka"da evi var.
Ulduz o aparıcıdır ki, adlarını da bir-bir çəkir, bir neçə bahalı və lüks avtomobili var. Filan aparıcının obyektləri var. Bax, o, aparıcı ulduzdur. Sonra qayıdıb mənə söylədi ki, ay yetim, nə olsun ki, populyar və verilişin var amma sən ulduz deyilsən. Çünki "Xruşovka"da qalırsan (gülür). Sən buna görə ulduz sayılmırsan. Bunu da hamının içində mənə söylədi", - deyə Elgiz vurğulayıb.

Oxşar xəbərlər