Maksim Qalkindən Bakıda Hacı Nuran və “Prius” haqda zarafat
23-02-2023, 09:11
46

Maksim Qalkindən Bakıda Hacı Nuran və “Prius” haqda zarafat




Məşhur rusiyalı parodist, komediya ustası, teleaparıcı, kinoaktyor və müğənni Maksim Qalkin Bakı Konqres Mərkəzində böyük solo konsert verib.
Tamaşaçıları salamlayan sənətçi 20 ildir Azərbaycanın paytaxtında çıxış etdiyini deyib. O, zala toplaşanlarla Azərbaycan dilində söhbət edib.

O vurğulayıb ki, pasport yoxlaması zamanı ondan Bakıya gəlişinin məqsədi soruşulmayıb. Ancaq özü təbəssümlə əsas məqsədin "yemək!" olduğunu bildirib və zarafatla bu dəfə Bakıya Hacı Nuranla şəkil çəkdirmək üçün gəldiyini əlavə edib.
Sənətçi pik saatlarda Bakıda "Toyota Prius"la gəzintisini ekstremal adlandırıb. Parodist azərbaycanlı müğənni Jony (Cahid Hüseynov) haqqında da danışıb və onun heyrətamiz səsə malik olduğunu bildirib.

Oxşar xəbərlər