Bakıda ağır yol qəzası: 6 maşın toqquşdu
23-08-2022, 11:25
165

Bakıda ağır yol qəzası: 6 maşın toqquşdu

Bakının Xətai rayonunda ağır yol qəzası baş verib.
Hadisə 8 Noyabr prospektində qeydə alınıb.
 
Belə ki, “Chevrolet” markalı maşını idarə edən sürücü yüksək sürətlə nəqliyyat vasitəsini işıq dirəyinə çırpıb. Daha sonra idarəetmədən çıxan maşın əks yolda “Renault” markalı avtomobilə, o cümlədən “Toyota”-ya çırpılaraq dayanıb.
 
Bundan sonra həmin yolda hərəkətdə olan “Mercedes”, “KIA” və “VAZ” markalı avtomobillər qəzaya uğramış nəqliyyat vasitələrinə çırpılıb.
 
Baş vermiş yol qəzası zamanı 4 nəfər xəsarət alıb. Əraziyə Xətai Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
 
Yaralılar xəstəxanaya çatdırılıb.

Oxşar xəbərlər