Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır
24-04-2023, 16:06
226

Bakıda evdə öldürülən şəxs tanınmış vəkilin qardaşıdır




Xəbər verdiyimiz kimi, dünən axşam Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən mənzildə 1982-ci il təvəllüdlü Namik İsrafilov tanışı tərəfindən qətlə yetirilib.
Qeyd edək ki, fakta görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətli törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 25 yaşlı Rəsul Ağazadə saxlanılıb.

Oxşar xəbərlər