Azərbaycanda əri tərəfindən qətlə yetirilən qadın vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
20-02-2023, 09:31
43

Azərbaycanda əri tərəfindən qətlə yetirilən qadın vəzifəli şəxs imiş - TƏFƏRRÜAT




Xəbər verdiyimiz kimi, bu gün saat 09:40 radələrində Tərtər rayon sakini 1981-ci il təvəllüdlü Gülnar Məmmədova qətlə yetirilib.
Əri tərəfindən qətlə yetirilən Məmmədova Gülnar Etibar qızı Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsində baş məsləhətçi kimi çalışırmış.
Baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
32 yaşlı Namiq Allahverdiyev 44 yaşlı Asəf Məmmədovun evində bənna kimi çalışıb.
Asəf Məmmədov həyat yoldaşı 42 yaşlı Gülnar Məmmədovanı və Namiq Allahverdiyevi evində öldürüb.
Asəf Məmmədov ilkin dindirmə zamanı evində həyat yoldaşının xəyanətinin şahidi olduğunu və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Oxşar xəbərlər