Azərbaycanda bu tibb klinikasının rəhbəri və müavini HƏBS OLUNDU
15-01-2023, 12:13
57

Azərbaycanda bu tibb klinikasının rəhbəri və müavini HƏBS OLUNDU



Mingəçevirdə yerləşən "Anadolu" tibb klinikasının rəhbəri və müavini həbs olunub.
Ötən ilin mart ayında ölkənin tanınmış incəsənət xadimlərinin iştirakı ilə baş tutan konsert proqramı ilə Mingəçevir şəhərində fəaliyyətə başlayan "Anadolu" klinikasının rəhbəri Alper Mövlud Ceylan və onun müavini Kərim Nadirov haqqında məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

Amma pasient azlığı və gəlirlər rəhbərliyə vədlərinə əməl etməyə imkan verməyib. Bu səbəbdən şikayətçi əməkdaşlar vaxtından öncə daşıdığı vəzifədən uzaqlaşdırılıb.
Yerdə qalan əməkdaşlara isə ümumiyyətlə əmək haqqı ödənməyib və yalnız ödəniləcək vədi verilib. Klinika rəhbərinin müavini Kərim Nadirov isə bir az da irəli gedərək yatırılan depozitlərin bir çox hissəsini mənimsəyərək ümumiyyətlə qeydə alınmasını təmin etməyib.

Oxşar xəbərlər