Avropada qaz qışda üç dəfə ucuzlaşıb
1-03-2023, 10:43
46

Avropada qaz qışda üç dəfə ucuzlaşıb




Qışda Avropada təbii qazın qiyməti üç dəfə azalaraq 1 000 kubmetr üçün təxminən 515 ABŞ dolları təşkil edib. London Fond Birjasının 
məlumatlarına istinadən xəbər verir ki, ucuzlaşmanın əsas amillərindən biri qışın anomal isti keçməsi və qaz anbarlarının çox doldurulması olub.
Ən böyük ucuzlaşma fevralın 28-də, qazın qiymətinin 2021-ci ilin avqust ayının sonundan bəri ilk dəfə olaraq 505 ABŞ dollarına qədər düşdüyü vaxt müşahidə olunub. Dekabrda Avropada qazın orta qiyməti 1000 kubmetr üçün təxminən 1 272 ABŞ dolları, yanvarda - 712, fevralda isə artıq təxminən 583 ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər