Azərbaycanda bu şəxslərin 46 gün məzuniyyət hüququ var  -  HÜQUQİ YARDIM
29-12-2022, 08:27
68

Azərbaycanda bu şəxslərin 46 gün məzuniyyət hüququ var - HÜQUQİ YARDIM





Bu dəfə təqdim etdiyimiz mövzu əlavə məzuniyyət hüququ ilə bağlıdır.
 
Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərin əmək məzuniyyətinin müddəti neçə gündür?
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya ) alan işçilərə, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, Azərbaycanın Milli Qəhrəmanlarına, Sovet İttifaqı Qəhrəmanlarına, 1941-1945-ci illər müharibəsində döyüş əməliyyatlarında iştirak etmiş, habelə hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara, İstiqlal ordeni ilə, habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir. 
 

Oxşar xəbərlər