FİFA dünyanın ən yaxşı futbolçusu adına namizədləri açıqladı
7-11-2025, 10:53
97

FİFA dünyanın ən yaxşı futbolçusu adına namizədləri açıqladı

 
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) ilin sonunda dünyanın ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
Bu barədə təşkilatın saytında bildirilir.
Namizədlər seçilərkən futbolçuların 2024-cü il avqustun 11-dən 2025-ci il avqustun 2-dək çıxışları nəzərə alınıb.
2025-ci ildə ilin futbolçusu adına namizədlər:
Usman Dembele (Fransa) – PSJ
Əşrəf Hakimi (Mərakeş) – PSJ
Harri Keyn (İngiltərə) – “Bayern” Münhen
Kilian Mbappe (Fransa) – “Real” Madrid
Nuno Mendeş (Portuqaliya) – PSJ
Koul Palmer (İngiltərə) – “Çelsi”
Pedri (İspaniya) – “Barselona”
Rafinya (Braziliya) – “Barselona”
Məhəmməd Salah (Misir) – “Liverpul”
Vitinya (Portuqaliya) – PSJ
Lamin Yamal (İspaniya) – “Barselona”

Oxşar xəbərlər