Qurban Qurbanov beynəlxalq reytinqdə irəlilədi
24-10-2022, 09:58
70

Qurban Qurbanov beynəlxalq reytinqdə irəlilədi

Qurban Qurbanov beynəlxalq reytinqdə irəlilədi
Dünyanın ən yaxşı futbol üzrə baş məşqçilərinin oktyabr ayı üçün reytinqi açıqlanıb.
 
Cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis daxil edilib.
 
“Top-500”də yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1595 xala malikdir. Ötən ayla müqayisədə bir pillə irəliləyən 50 yaşlı mütəxəssis dünyada 210-cudur.
 
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci, Joze Mourinyo isə üçüncü pillədədir(2063 xal).

Oxşar xəbərlər