Qonşular arasında kütləvi dava:Polis havaya atəş açmalı oldu - ANBAAN VİDEO
27-03-2023, 10:15
70

Qonşular arasında kütləvi dava:Polis havaya atəş açmalı oldu - ANBAAN VİDEO




Türkiyənin  Batman bölgəsində   iki düşmən ailə arasında daş, çubuq və silahla davada iki nəfər yaralanıb.
Polisin müdaxiləsi ilə sona çatan hadisədə 11 nəfər nəzarətə alınarkən, dava anlar cib telefonu kamerası ilə lentə alınıb.
Naməlum səbəbdən ədavət saldıqları iddia edilən iki ailə arasında axşam saatlarında başlayan şifahi mübahisə qısa müddətdə daş, dəyənək və tapança ilə davaya çevrilib.
Polis tərəflərin davanı bitirməsi üçün havaya xəbərdarlıq atəşi açıb.

Oxşar xəbərlər