Yaxın Şərqdəki "qanlı yağışlar" - Dünyanın sonununun əlamətidir?
19-12-2025, 11:09
77

Yaxın Şərqdəki "qanlı yağışlar" - Dünyanın sonununun əlamətidir?

 
Yaxın Şərqdə baş verən "qanlı yağışlar" kimi tanınan son hadisələrə Əhdi-Cədiddə (İncil) işarə edilir.
Müqəddəs kitabda təsvir edilən çayların və su hövzələrinin rənginin dəyişməsi dünyanın sonunu göstərən əlamətlərdən biri hesab olunur.
Xüsusilə, İlahiyyatçı Yəhyanın Vəhy kitabının 16-cı fəslində (Apokalipsis) suyun qana çevrilməsindən bəhs olunur.
Daha əvvəllər verilən məlumata görə, İranın Hörmüz adasında yağan leysan yağışları nəticəsində qeyri-adi təbii hadisə baş verib. Nəticədə, Qırmızı çimərlik kimi tanınan sahil zolağının bir hissəsi parlaq qırmızı rəng alıb.

Oxşar xəbərlər