
Dünya
2-12-2025, 13:51
59
Türkiyədə 120-dən çox şəxs saxlanıldı: Görün nəyi təbliğ edirmişlər
Türkiyənin müxtəlif bölgələrində FETÖ ilə əlaqədə şübhəli bilinən 120-dən çox şəxs saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədə məlumat verib.
“Son iki həftə ərzində FETÖ-yə qarşı apardığımız əməliyyatlar zamanı 121 şübhəli yaxalanıb”, - nazir aydınlıq gətirib.
Hərbçilər, tələbələr və ədliyyə işçiləri arasında şübhəli bilinən şəxslər müəyyən edilib.
Nazirin sözlərinə görə, Gülən təşkilatının təbliğatını aparan şübhəlilər polis tərəfindən yaxalanıb. Onlardan 58-i həbs edilib, 29-u məhkəmə nəzarəti altındadır, qalanları ilə bağlı araşdırmalar davam etdirilir.





