Luvr Muzeyindəki qarətlə bağlı iki versiya - Məqsəd nə olub?
20-10-2025, 09:50
90

Luvr Muzeyindəki qarətlə bağlı iki versiya - Məqsəd nə olub?

 
Paris Prokurorluğu Luvr Muzeyində baş vermiş qarətlə bağlı iki əsas versiyanı araşdırır.
Bu barədə Fransanın paytaxt prokuroru Lor Bekko "Le Figaro" qəzetinə açıqlama verib.
“Əvvəlcədən planlaşdırılmış cinayətkar qrupun iki məqsədi ola bilərdi: ya sifarişlə qarət həyata keçiriblər, ya da zinət əşyalarını çirkli pulların yuyulması üçün oğurlayıblar,” – deyə o bildirib.
Bekkonun sözlərinə görə, qarətdə xarici izlərin olması versiyası “prioritet hesab edilmir”.
Xatırladaq ki, oktyabrın 19-u səhər saatlarında maskalı qarətçilər Luvr Muzeyinə hücum ediblər. Onlar Apollon qalereyasına daxil olaraq doqquz ədəd zinət əşyası oğurlayıblar. Artıq imperatriça Evgeniyanın – Napoleon III-ün həyat yoldaşının tacı tapılıb. O, küçədə sınmış vəziyyətdə aşkarlanıb.

Oxşar xəbərlər