Kiyevə kütləvi hava zərbələri: 4 ölü, 20-dən çox yaralı var
28-08-2025, 10:04
92

Kiyevə kütləvi hava zərbələri: 4 ölü, 20-dən çox yaralı var

 
Rusiya Kiyevə kütləvi hava zərbələri endirib.
Nəticədə 4 mülki şəxs həlak olub, 20-dən çox insan yaralanıb. Onların arasında uşaqlar da var.
9 saatdan çox davam edən hücumlar səbəbilə şəhərdə silsilə güclü partlayışlar baş verib. Paytaxtın bir sıra ərazilərində dağıntı və yanğınlar qeydə alınıb.
Axtarış-xilasetmə əməliyyatları davam edir. Həlak olanların sayının artacağı istisna edilmir.


Oxşar xəbərlər