Rusiyanın Azərbaycanla bağlı planı: 2025-ci ildə Sumqayıtda reallaşacağını gözləyirlər
12-05-2025, 14:57
23

Rusiyanın Azərbaycanla bağlı planı: 2025-ci ildə Sumqayıtda reallaşacağını gözləyirlər

Rusiyanın Sənaye və Ticarət Nazirliyi 2025-ci ildə Azərbaycanda sənaye parkının fəaliyyətə başlamasına ümid edir.

Bu barədə Daşkənddə keçirilən "İnnoprom. Mərkəzi Asiya" beynəlxalq sərgisi çərçivəsində dövlət katibi - Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov TASS-a müsahibəsində bildirib.

"Bu il Azərbaycanda, Sumqayıt şəhərində sənaye parkının istifadəyə verilməsinə ümid edirik. Bu, azərbaycanlı tərəfdaşlarımızla birgə layihənin ilk təcrübəsidir. Əminik ki, bu, Rusiya müəssisələri tərəfindən də tələb olunacaq".

Oxşar xəbərlər