
Dünya
9-05-2025, 22:22
15
Vatikan yeni Papanın taxta çıxacağı tarixi açıqladı

Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, həmin gün XIV Leo Vatikanın Müqəddəs Pyotr meydanında təntənəli mərasimlə papalıq taxtına çıxacaq.
Qeyd edək ki, ənənəvi olaraq pontifiklərin taxta çıxma mərasimində dünyanın hər yerindən mötəbər qonaqlardan ibarət nümayəndə heyətləri iştirak edir.