
Dünya
9-04-2025, 22:48
50
"Samsung"un yeni smartfonu yalnız iki ölkədə satışa çıxarılacaq

Bu barədə "GizmoChina" nəşri məlumat yayıb.
Məlumata görə, "Samsung Galaxy S25 Edge" yalnız Çin və Cənubi Koreyada məhdud sayda buraxılacaq.
Nüfuzlu insayder "Ice Universe" bunu "Samsung"un bazarın çox qeyri-adi flaqmana reaksiyasını yoxlamaq istəyi ilə bağlı ola biləcəyini bildirib. Çünki bu telefonun xüsusiyyətləri yüksək səviyyəli cihazla bağlı ənənəvi gözləntilərə tam uyğun gəlmir.
Qeyd edək ki, bundan əvvəl həmin modelin mayın 13-də təqdim ediləcəyi gözlənilirdi.