Dünya
24-03-2025, 12:34
123
Türkiyədə 43 mədənçinin ölümünə görə onlar cəzalandırıldı - 17 ilədək həbs...
2022-ci il oktyabrın 14-də baş vermiş partlayışla bağlı məhkəmə qarşısına mədən direktoru Cihad Özdemir də daxil olmaqla onlarla şəxs çıxarılıb.
Məhkəmə 20 nəfəri 3 ildən 17 ilədək həbs cəzasına məhkum edib.
Qeyd edək ki, istintaqın məlumatına görə, partlayışa səbəb metan qazının yığılması olub. Hadisə baş verən anda yerin altında 110 mədənçi olub.




