
Dünya
17-03-2025, 11:41
23
Tibb tarixində ilk: insan titan ürəklə 100 gün yaşadı

Sidneydəki Müqəddəs Vinsent Xəstəxanasında aparılan əməliyyat uğurla nəticələnib və xəstənin vəziyyətinin yaxşılaşdığı bildirilib. “BiVACOR cihazı” ABŞ və Avstraliyada ofisləri olan mühəndis Daniel Timms tərəfindən hazırlanıb. Bu süni ürək ənənəvi ürək cihazlarından fərqli olaraq fasiləsiz qan dövranını təmin edən maqnitli rotor texnologiyası ilə işləyir.
Tədqiqatçılar cihazın gələcəkdə donor ürəyi üçün uyğun olmayan bəzi xəstələrdə daimi alternativ ola biləcəyini irəli sürsələr də, bunun üçün əlavə klinik sınaqlar tələb olunur. Hazırda ABŞ-da 7 milyona yaxın insan ürək çatışmazlığından əziyyət çəkir, lakin donor çatışmazlığı səbəbindən 2023-cü ildə cəmi 4500 ürək transplantasiyası həyata keçirilib.
“BiVACOR” cihazının sınaqları davam edir və kardioloqlar bu texnologiyanın ürək xəstəliklərinin müalicəsində yeni perspektivlər açacağını bildirirlər.