Rusiyanın 11 aeroportunda məhdudiyyət rejimi uzadılıb
20-10-2022, 13:18
50

Rusiyanın 11 aeroportunda məhdudiyyət rejimi uzadılıb

Rusiyanın 11 aeroportunda məhdudiyyət rejimi uzadılıb
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 28-dək uzadıb.
 
Bu barədə “TASS" məlumat yayıb.
 
Qeyd edək ki, 2022-ci il fevralın 24-dən Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda ölkənin cənubunda və mərkəzi hissəsində hava məkanının bir hissəsini mülki təyyarələr üçün bağlayıb.  Bunula da Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar müvəqqəti məhdudlaşdırılıb.

Oxşar xəbərlər