
Dünya
12-03-2025, 12:51
26
ABŞ Kiyevin əsas tələbinə məhəl qoymayıb: Zelenski yalnız bunu əldə etdi

Bu barədə Almaniyanın "Die Welt" qəzeti yazıb.
“Kiyev danışıqları qrupu ABŞ-dan Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri üzrə danışıqların mümkün qədər tez başlayacağına dair yalnız güzəşt ala bildi”, - məqalədə vurğulanıb.
Vaşinqton rəsmiləri sazişin Ukraynanın mineral ehtiyatlarının işlənməsini və ABŞ yardımı xərclərinin kompensasiyasını əhatə edəcəyini bildirib.
Qeyd edək ki, dünən Ciddədə ABŞ-Rusiya danışıqları baş tutyb. Əldə olunan əsas nəticələrə Ukraynanın atəşkəslə razılaşması, Kiyevin nadir torpaq mineralları üzrə saziş imzalamağa hazır olması və uzunmüddətli sülh sazişinin şərtləri üzrə danışıqlara getməsi daxildir.