
Dünya
18-02-2025, 13:06
70
İstanbulda böyük yanğın - 20 rayondan yanğınsöndürən cəlb olundu

Hadisə barədə məlumat verildikdən sonra əraziyə çox sayda yanğınsöndürən və təcili tibbi yardım briqadası göndərilib.
Tahtakale məhəlləsi, Servis küçəsində yerləşən emal zavodunda başlayan yanğın yanındakı 2 digər zavoda da keçib.
Yanğın Avcılar, Başakşehir, Böyükçəkməcə və Bağcılar da daxil olmaqla 20 müxtəlif bölgədən gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində təxminən 6 saat ərzində söndürülüb.
Hadisə nəticəsində 3 anbarın ciddi ziyan dəydiyi müəyyən edilib.
Yanğının başvermə səbəbi ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.