
Dünya
31-01-2025, 22:28
54
Paşinyan: "İrəvan Bakıya Mehri vasitəsilə Naxçıvanla dəmir yolu əlaqəsi qurmağı təklif edib"

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
"Biz yükdaşımalardan başlayacağıq, atmosfer daha münasib olduqda sərnişindaşımaları barədə də düşünəcəyik. Biz bu təklifi etmişik və müsbət cavab gözləyirik", - deyə o bildirib.
O əlavə edib ki, təklifin niyə rədd edilməli olduğunu təsəvvür etmir.