
Dünya
23-01-2025, 11:04
52
2025-ci ildə dünyanı nə gözləyir? - Rusiya kəşfiyyatı rəsmən açıqladı

Narışkin bu barədə “RİA Novosti”yə müsahibəsində deyib.
"Bu gün artıq aydındır ki, 2025-ci il sakit il olmayacaq", - Narışkin bildirib.
Onun fikrincə, biz indi birqütblü, köhnəlmiş dünya düzənindən yeni, ədalətli dünya nizamına keçid prosesinin şahidiyik.
“Və bu prosesin, əlbəttə, öz riskləri var, çox çətindir”, - kəşfiyyat rəhbəri qeyd edib.
Qeyd edək ki, Moskva müxtəlif səviyyələrdə birqütblü dünya nizamının qəbuledilməzliyi və beynəlxalq münasibətlərin daha balanslı arxitekturasına ehtiyac olduğunu dəfələrlə bəyan edib.