
Dünya
16-01-2025, 19:00
57
"Meta" süni intellektə görə yüzlərlə işçini ixtisar edəcək

Bu barədə “Bloomberg” yazıb.
Bildirilib ki, şirkət süni intellektin inkişafını artırmaq üçün 3600 nəfəri işdən çıxarmağı planlaşdırır.
Aşağı nəticə göstərən işçilər müəyyən ediləcək və onlar işdən çıxarılmazdan əvvəl ətraflı qiymətləndirmədən keçəcəklər. İxtisar olunacaq işçilərə müvafiq kompensasiya ödəniləcək.
Bu addım süni intellektin inkişafını gücləndirmək və bu sahədə ehtiyac duyulan yeni kadrları işə götürmək üçün atılacaq.