ABŞ-da meşə yanğınları nəticəsində dəyən iqtisadi zərər - FANTASTİK MƏBLƏĞ
14-01-2025, 17:27
60

ABŞ-da meşə yanğınları nəticəsində dəyən iqtisadi zərər - FANTASTİK MƏBLƏĞ

Los-Anceles ərazisində davam edən meşə yanğınlarına görə dəyən iqtisadi ziyanın məbləği açıqlanıb.

 Los-Anceles bölgəsi yanvarın 7-dən bəri tarixdə ən böyük yanğınlardan birini yaşayır.

Güclü külək səbəbindən sürətlə yayılan yanğınlarda 160 min hektardan çox ərazi külə dönüb.

Nəticədə dəyən ümumi zərər və iqtisadi itkilərin 250-275 milyard dollar arasında olduğu təxmin edilir.

ABŞ prezidenti Co Bayden də dağılmış Los-Anceles və ətraf əraziləri bərpa etməyin on milyardlarla dollara başa gələcəyini deyib.

Oxşar xəbərlər