
Dünya
11-01-2025, 23:26
46
Yeni süni intellekt proqramı ilə bu xəstəlik 2 dəfə daha dəqiq müəyyən ediləcək

İngiltərənin London İmperial Kolleci, Almaniyanın Münhen Texniki Universiteti və Şotlandiyanın Edinburq Universitetinin alimləri insult vaxtı məlum olan 800 xəstənin beyin skanları üzərində yeni süni intellekt proqramı hazırlayıblar.
Təxminən 2 min xəstənin məlumatları üzərində inkişaf etdirdikləri süni intellekt modelini sınaqdan keçirən tədqiqatçılar bu proqramın insult vaxtını təyin etməkdə standart vizual metoddan istifadə etməklə müqayisədə 2 qat daha dəqiq olduğunu müəyyən ediblər.
Tədqiqatçılar müəyyən ediblər ki, proqram müəyyən edilmiş zədələri təhlil edərək, həmçinin beyin skanında maraq sahəsini avtomatik çıxararaq insult üçün vaxt proqnozlaşdıra bilir.
Tədqiqatçılar qeyd ediblər ki, məqsəd yeni süni intellekt texnologiyası vasitəsilə xəstələri daha sürətli və dəqiq müalicə etməkdir.