İran müharibə zamanı Ermənistana yardım təklif edibmiş
28-09-2022, 08:18
63

İran müharibə zamanı Ermənistana yardım təklif edibmiş

Məşhur erməni politoloq Stepan Danielyan 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı İranın Ermənistana yardım təklif etdiyini bildirib.
 
Bu barədə o, sentyabrın 27-də İrəvanda keçirilən mətbuat konfransında danışıb.
 
Erməni politoloq qeyd edib ki, İranın müharibədə verdiyi bir neçə təklif döyüşlərin mahiyyətini və nəticəsini dəyişə bilərdi.
 
Danielyanın sözlərinə görə, Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə İranın hansı təkliflərindən imtina etdiyini bilsə, şoka düşəcək: “Sual yaranır: niyə imtina edildi?”
 
O, mümkün səbəb kimi ABŞ-ın mövqeyini irəli sürüb.
 
Erməni politoloq 2018-ci ildə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Ermənistana səfəri zamanı İranla sərhədin bağlanması təklifini xatırladıb.

Oxşar xəbərlər