Dünya
12-10-2024, 21:41
33
Kristofer Kolumbun əsl məzarı 500 ildən sonra tapıldı - Bu ölkədə
500 ildən sonra alimlər kəşfiyyatçı Kristofer Kolumbun əsl dəfn olunduğu yeri aşkar ediblər.
Bu barədə "Daily Mail" məlumat yayıb.
Tədqiqatçılar İspaniyanın Sevilya Katedralində tapılan qalıqların DNT-sini Kolumbun qohumlarının və nəslinin DNT-si ilə müqayisə ediblər. İyirmi ildən çox axtarışdan sonra elm adamları DNT oxşarlıqlarını tapa biliblər.
Bununla belə, alimlər Kristofer Kolumbun mənşəyinin sirrini hələ də həll edə bilməyiblər. İndi onun polyak, yəhudi və ispan mənşəli olması ilə bağlı versiyalar var. Lakin əsas odur ki, böyük səyyah genuyalı idi.