Avropa İttifaqı İrəvanı məyus etdi: erməni hərbçilərinə təlim keçməyəcəyik
11-12-2023, 10:22
41

Avropa İttifaqı İrəvanı məyus etdi: erməni hərbçilərinə təlim keçməyəcəyik



Avropa İttifaqı İrəvanla hərbi təlimlər keçirmək və erməni hərbçilərinə təlim vermək niyyətində deyil.

Publika.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət sözçüsü Peter Stano “İzvestiya”ya bildirib.

"Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, siyasi və iqtisadi birlikdir", - Stano bildirib.

O qeyd edib ki, Avropa İttifaqı da Ermənistan Silahlı Qüvvələrinin hərbi personalına Aİ-yə üzv dövlətlərin ərazisində təlim keçməyi planlaşdırmır.

Eyni zamanda, onun sözlərinə görə, Avropa İttifaqı Ermənistan ordusuna Avropa Sülh Fondu vasitəsilə “qeyri-öldürücü formatda” dəstək verilməsi imkanlarını öyrənir, lakin hələlik konkret qərarlar yoxdur.

Daha əvvəl bildirilmişdi ki, Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə dəstək imkanlarını bundan sonra da öyrənəcək.

Oxşar xəbərlər