Əfqanıstanda qadınların həbsxanada işləməsinə icazə verildi
25-07-2022, 09:49
156

Əfqanıstanda qadınların həbsxanada işləməsinə icazə verildi

Əfqanıstanda qadınların həbsxanada işləməsinə icazə verilib.
Bu barədə "TOLO News" yazıb.
 
Qəndəhar Mərkəzi Həbsxanasının nümayəndələri bildiriblər ki, 11 qadın polisdən doqquzu öz vəzifəsinə qayıdıb. Həbsxananın bütün inzibati heyətinin öz vəzifələrinə qayıtması gözlənilir.
 
Qəndəhar həbsxanasının qadın bölməsində hazırda 50 qadın var. Cinayətkarlarla yanaşı, burada narkoman qadınlar da müalicə alır.
 
Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra bir çox qadın, xüsusən də təhlükəsizlik güclərində çalışan qadın işdən çıxarılıb.

Oxşar xəbərlər