Rusiya ordusu İran PUA-ları ilə HÜCUMA KEÇDi
19-06-2023, 08:43
28

Rusiya ordusu İran PUA-ları ilə HÜCUMA KEÇDi



Rusiya ordusu İran istehsalı olan “Şahed” pilotsuz uçan aparatları (PUA) ilə Ukraynanın cənub və şərq ərazilərinə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri teleqramda məlumat yayıb.

Məlumata görə, ölkənin şərq və cənub bölgələrində hava xəbərdarlığı elan olunub.

Hərbi Hava Qüvvələri Zaporojye, Dnepropetrovsk və Donetsk vilayətlərində raket təhlükəsi barədə xəbərdarlıq edib. Daha sonra Odessa və Nikolayev vilayətlərində raket təhlükəsi barədə məlumat verilib.

Rusiyanın ballistik raket hücumu təhlükəsi Xarkov, Donetsk və Luqansk vilayətlərində də açıqlanıb.

Oxşar xəbərlər