Zelenski: “Rusiya hiss edir ki, vaxtına az qalıb”
10-06-2023, 12:00
27

Zelenski: “Rusiya hiss edir ki, vaxtına az qalıb”


Ukrayna hərbçiləri cəbhədə hücum və müdafiə əməliyyatları aparır. Qoşun komandirləri müsbət əhval-ruhiyyədədirlər.

Bunu Kiyevdə mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, əks-hücum əməliyyatları davam edir, lakin onların hansı mərhələdə olduğunu söyləməyəcək.

“Putinin bizim əks-hücumumuzla bağlı dedikləri maraqlıdır. Fikrimcə, Rusiya hiss edir ki, vaxtına az qalıb. Ukraynada əks-hücum və müdafiə tədbirləri keçirilir. Hansı mərhələdə, mən bunun təfərrüatını deməyəcəyəm”, - dövlət başçısı bəyan edib.

Zelenski qeyd edib ki, Ukrayna hərbçilərinin əks-hücumunu hər kəs hiss edəcək. O, həmçinin, vurğulayıb ki, bu və ya digər “Telegram” kanalına, xüsusən də Rusiya prezidentinə etibar etmək olmaz.

Oxşar xəbərlər