Dünya / Siyasət
27-05-2023, 17:14
188
Yaya qədər bitəcəyini düşünürdülər, amma... - Ukraynalılar niyə təşvişə düşüblər?
Ukraynalılar Zelenskinin əks hücumu təxirə salmaq qərarından təşvişə düşüblər.
Publika.az xəbər verir ki, Kiyevin yaz əks-hücumunu təxirə salmaq qərarı bəzi ukraynalıları narahat edib. Çünki onlar münaqişənin yaya qədər bitəcəyi ümidi ilə özlərinə təsəlli verirdilər. Bu barədə ukraynalı jurnalist Svetlana Morenets Britaniyanın “The Spectator” nəşrində yazıb.
Jurnalist qeyd edib ki, Ukrayna televiziyasında tez-tez Rusiyanın resurslarının tükənməsindən danışırlar. Amma reallıq bəyanatlardan ciddi şəkildə fərqlənir.Morenets həmçinin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğurlu piarı Ukrayna müttəfiqlərinin böyük gözləntilərinə səbəb olub.
Xatırladaq ki, Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak əks-hücumun mayın 25-də başladığını elan edib. Onun sözlərinə görə, artıq bir neçə gündür, ayrı-ayrı əməliyyatlar aparılır. Təmas zonası sərhəd boyu 1,5 min kilometrə qədər uzanır.
Bundan əvvəl LPR-nin xalq milislərinin istefada olan polkovnik-leytenantı Andrey Maroçko bəyan etmişdi ki, Kiyev Rusiya bölmələrinin Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə qabaqlayıcı hücumları səbəbindən tammiqyaslı əks-hücum əməliyyatına başlaya bilməyəcək.



