"Ukrayna həlledici döyüşə hazırlaşır".
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov "RBK Ukraina"ya müsahibəsində deyib.
O bildirib ki, Ukraynanın müasir tarixi üçün əlamətdar döyüşlər yaxın vaxtda başlayacaq:
"Bu, faktdır. Hamı bunu başa düşür. Biz istəyirik ki, Qərb silah tədarükünü intensivləşdirsin, amma bu olmasa belə, biz əlimizdə olan silahlarla irəli gedəcəyik".
Dünya
24-04-2023, 16:00
113
Ukrayna kəşfiyyatı: "Həlledici döyüşlərə hazırlaşırıq"

Budanov həlledici döyüşlər kimi xarakterizə etdiyi əməliyyatların konkret nə vaxt başlayacağını açıqlamayıb.
Qeyd edək ki, daha əvvəl Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski əks-hücum əməliyyatlarının yaxın vaxtda başlayacağını bildirmişdi.