Bu ölkə Putini həbs edə bilər - ŞOK
23-03-2023, 10:45
38

Bu ölkə Putini həbs edə bilər - ŞOK



Rusiya Prezidenti Vladimir Putin Braziliyaya səfər etsə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən order əsasında həbs oluna bilər.
Bu barədə  Braziliyanın xarici işlər naziri Mauro Vieyranın bəyanatına istinadən xəbər verir.
“Beynəlxalq Cinayət Məhkəməsi üzvü olan ölkəyə səfər edən hər kəs problemlərlə üzləşə bilər, buna şübhəm yoxdur”, - deyə nazir bildirib. Nazir Putinin ölkədə həbs olunmasının mümkünlüyünü bildirib, lakin əlavə edib ki, onun bu məsələ ilə bağlı rəsmi mövqeyi yoxdur.
Onun sözlərinə görə, Braziliya Beynəlxalq Cinayət Məhkəməsi qaydalarına hörmət edir və onlara əməl edir. O, ölkəsinin Rusiyanın Ukraynaya təcavüzünü pislədiyini də xatırladıb.
Qeyd olunub ki, bu şəxslər əhalinin, xüsusən də uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən Rusiyaya qanunsuz deportasiyası və köçürülməsindən ibarət olan hərbi cinayətlərdə iştirak edə bilərlər.

Oxşar xəbərlər