"Zəlzələ qəbirstanlığı"ndan ürək dağlayan görüntülər - FOTOlar
17-02-2023, 14:34
42

"Zəlzələ qəbirstanlığı"ndan ürək dağlayan görüntülər - FOTOlar




Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 38 mini ötüb.
Adıyamanda zəlzələ nəticəsində həyatını itirənlər şəhər kənarındakı qəbiristanlıqda dəfn edilir. 
Xəstəxanalardan gətirilən cənazələr elə məzarlığın yanındakı məsciddə yuyulduqdan sonra torpağa verilir.
Qəbirlər başına taxta parçası keçirilərək nömrələnir. Belə ki, yaxınlarına zəng edənlər bu nömrələrdən onlara müraciət edə bilərlər. 

Dərin bir sükutun hökm sürdüyü bu qəbiristanlıqda insanlar öz doğmalarının başında səssizcə ağlayırlar. Dərdini, kədərini içinə atır. Kimisi gül-çiçək, təzə torpaq daşımaqla yaxınlarının məzarını gözəlləşdirməyə çalışır, kimisi də əlləri ilə qəbirləri kənarlarını düzəldir.

Oxşar xəbərlər