Bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatına istinadən Tasnim agentliyi məlumat yayıb.
Sənədə əsasən, sanksiyalar Brüssel və Londonun sanksiyalarına “cavab olaraq” tətbiq edilib.
Siyahılara Aİ ölkələrindən 22 fiziki şəxs və 3 təşkilat, həmçinin Böyük Britaniyadan 8 fiziki şəxs və bir təşkilat daxildir.
Xüsusilə Paris meri Ann İdalqo, Fransanın “Charlie Hebdo” satirik jurnalının baş redaktoru Jerar Biard və nəşrin direktoru Loran Sourisseau, bir sıra Avropa Parlamentinin deputatları, həmçinin Yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılmasını nümayiş etdirən İsveçin "Hard Course" ekstremist sağçı Rasmus Paludan partiyası daxildir.