ABŞ hərbiyə rekord sayda pul ayırdı
16-12-2022, 18:06
56

ABŞ hərbiyə rekord sayda pul ayırdı




ABŞ  Senatı    858 milyard dollarlıq  hərbi büdcəni təsdiqləyib.
 
Reuters agentliyinin məlumatına görə, bu məbləğin ən azı 800 milyon dolları Ukraynaya hərbi yardıma xərclənəcək.

Sənəd böyük səs çoxluğu ilə qəbul edilib: 83 senator lehinə, yalnız 11 senator əleyhinə səs verib. Büdcə əvvəllər Nümayəndələr Palatası tərəfindən təsdiq edilib. Baydenin tezliklə onu imzalayacağı gözlənilir.
2023-cü ilin hərbi büdcəsinə hərbi qulluqçuların maaşlarının artırılması, yeni silahların, o cümlədən gəmilərin və F-35 qırıcılarının alınması, həmçinin hipersəs silahlarının hazırlanması üçün əlavə vəsaitlərin ayrılması daxildir.

Oxşar xəbərlər