
Dünya
23-05-2026, 12:57
37
Kömür mədənində baş verən qəzada ölənlərin sayı 80-i keçdi
Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 82-yə çatıb.
Son məlumata görə 9 nəfər hələ də itkin hesab olunur, 123 nəfər xəstəxanaya yerləşdirilib. Xilasetmə və axtarış işlərinə 755 nəfər cəlb olunub. Məlumata görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub.



