
Dünya / Siyasət
3-03-2026, 10:09
64
ABŞ və İsrailin İrana hücumlarında ölənlərin sayı 700-ü ötdü
ABŞ və İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 700-ü keçib.
Bu barədə "Human Rights Activist News Agency" (HRANA) hesabat yayımlayıb.
Məlumata görə, fevralın 28-dən etibarən hücumlarda 742 nəfər həlak olub. Ölənlərin 176-nın uşaq və yeniyetmə olduğu qeyd edilib.
Yaralananların sayı isə 971 nəfərə çatıb və onlardan 115-i azyaşlıdır.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.




