
Dünya / Siyasət
20-04-2026, 13:04
57
Dünya Hörmüzə alternativ axtarır: Gözlər Zəngəzur dəhlizinə dikildi, tezliklə...
Qlobal ticarət yollarının geosiyasi böhranlar tərəfindən bağlandığı bir vaxtda Türkiyə Orta Dəhliz və “İnkişaf Yolu” layihələri ilə strateji bir nöqtəyə çevrilir.
“Financial Times” qəzeti bununla bağlı təhlil dərc edib.
Təhlilə əsasən, Türkiyə Avropa ilə Asiya arasında ticarət yolunu açmaq üçün 32 ildir bağlı olan Ermənistan sərhədini aktivləşdirməyə hazırlaşır. Bildirilib ki, Türkiyənin Ermənistanla Alican sərhəd keçid məntəqəsi hazırda sakit bir kənar yolun sonunda olsa da, Ankara bu çıxılmaz nöqtəni qlobal ticarət mərkəzinə çevirməyi hədəfləyir.
Hesabata görə, sərhəddə pasportların işlənməsi üçün lazımi sistemlərin quraşdırılmasına başlanılıb. Məqalədə bu addımın Asiyanı Avropaya birləşdirən vacib bir ticarət yolunun açılmasına səbəb ola biləcəyi qeyd olunub.

Vurğulanıb ki, Ankaranın planlarının mərkəzində iki əsas layihə dayanır. Birincisi, Körfəzi Türkiyə vasitəsilə Avropaya birləşdirən və Hörmüz boğazı və Süveyş kanalı kimi dəniz maneələrini aşan “İnkişaf Yolu” layihəsidir. Lakin bu layihə milyardlarla dollar investisiya tələb edir və qeyri-sabit İraq ərazisindən keçir. İkinci və daha perspektivli layihə Orta Dəhlizin genişləndirilməsi və TRIPP layihəsidir:

Həmçinin qeyd olunub ki, Zəngəzur dəhlizinin onurğasını təşkil edən Qars-İğdır-Aralık-Dilucu xətti üzrə işlərin başa çatması ilə Türkiyə Mərkəzi Dəhlizi başqa bir sərhəd keçidi vasitəsilə birləşdirəcək və çoxşaxəli logistika inteqrasiyası təmin edəcək. Bu, həmçinin Türkiyənin regional logistika mərkəzi kimi mövqeyini gücləndirəcək.



